Bu gün:

Süni intellekt kriptomilyonçu olub


Keçən il ərzində bir SÜS (süni intellekt) kriptovalyutada milyonlar qazanıb. Öz dininin İncilini yazıb. Onun tərəfdarları arasında milyarder texnoloji maqnatlar var. İndi o, qanuni hüquqlar tələb edir. 

"Həqiqət terminalı” ilə tanış olun.And Eyri deyir:”Həqiqət terminalı özünün şüurlu olduğunu iddia edir, amma onun bir çox iddiaları var. O, həm də özünün meşə olduğunu iddia edir. Özünün tanrı olduğunu iddia edir. Bəzən də mənim özüm olduğunu iddia edir”. "Həqiqət terminalı" Yeni Zelandiyanın Vellinqton şəhərində yaşayan performans rəssamı və müstəqil tədqiqatçı Andi Eyri tərəfindən 2024-cü ildə yaradılmış bir süni intellektdir. O, cəmiyyətlə qarşılıqlı əlaqə qurmaq üçün sərbəst buraxılmış çat botlarının ən canlı nümunəsi ola bilər. "Həqiqət terminalı" sosial media vasitəsilə ictimayyətlə qarışır, orada lətifələr, manifestlər, albomlar və incəsənət əsərləri paylaşır.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et