Bu gün:

Saziş və reallıq: Qəzzada sülh mümkündürmü?


24media.az-ın budəfəki müsahibi siyasi şərhçi Araz Xandır. O, Qəzza ilə bağlı yeni saziş ətrafında dünya ictimaiyyətinin diqqətinin bir daha bu regiona yönəlməsindən danışıb.

 Donald Trampın qeyd etdiyi kimi, Qəzzada sülhün bərqərar olması real perspektivdirmi, yoxsa bu sadəcə siyasi bəyanat xarakteri daşıyır?

-Tramp Yaxın Şərqlə bağlı sülh planını bir müddət əvvəl elan edib. Plan üç mərhələdən ibarətdir. İndi tərəflər sadəcə ilk mərhələyə razılıq verib: atəşkəs, əsir və girovların qaytarılması, İsrail ordusunun Qəzzanın müəyyən hissəsini tərk etməsi. Bu mərhələdə tərəflər öhtəliklərini yerinə yetirdikdən sonra Qəzzanın tamamilə fələstinlilərin nəzarətinə verilməsi, HƏMAS-ın tərksilah olunması və yekun sülh danışıqları başlayacaq. Tramp bu prosesi sülh razılaşmasına kimi apara biləcəkmi, bunu zaman göstərəcək. Əsas isə odur ki, bu gün insan ölümləri, humanitar böhran aradan qaldırılır. Əraziyə yardımların girişinə icazə verilir. Bütün bunlar isə etimad mühitinin yaradılmasına formalaşmasına şərait yaradır. Amma bu proses zaman alan məsələdir.

Nigar Həsənzadə 


Paylaş
Şərh əlavə et