Bu gün:

Alimlər ağıllı insanların astrologiyaya inanmadığını müəyyən ediblər


Amerikalı psixoloqlar zəka səviyyəsi ilə astrologiyaya inam arasında bir əlaqə tapıblar.

Bir çox insanlar astrologiyaya inanır və onu həyatında rəhbər tutur. Bəziləri daha az fanatik olur, sadəcə zaman-zaman ulduz falına baxır, digərləri isə buna əhəmiyyət vermir. Bir insanın buna inanıb-inanmaması nədən asılıdır? Amerikalı psixoloqların 8553 nəfərin iştirakı ilə apardıqları araşdırma maraqlı nəticələr göstərib.

Alimlər iştirakçıların zəka səviyyəsini söz testi ilə ölçüblər və testdən yüksək nəticə alanların astrologiyaya inanmadıqları, zəif nəticə göstərənlərin isə buna daha çox inandıqları ortaya çıxıb. Təhsilli insanların astrologiyaya şübhə ilə yanaşdığı da müəyyən edilib.

Maraqlıdır ki, dindarlıq və mənəviyyat astroloji inanclara təsir göstərməyib. Elmə inam da bu inancla əlaqəli deyil. Lakin sağçı siyasi baxışlara malik insanlar astrologiyaya inanmağa daha az meyllidirlər.

Mənbə: thegirl.ru

Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et