Bu gün:

FHN-dən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə istinadən, 24media.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 10-da ölkə ərazisində bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.


Nazirlik vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.


Həmçinin bildirilib ki, güclü külək yanğınların söndürülməsi prosesini çətinləşdirdiyi üçün küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.


Asiya Zeynallı

Paylaş
Şərh əlavə et