Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Həmas və İsrailin Misirdə baş tutan müzakirələrdə atəşkəs imzaladığını bildirib.
Həmas və İsrail Misirdə keçirilən danışıqlarda razılığa gəliblər. ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs planının birinci mərhələsinin təsdiqləndiyini açıqlayıb. Tramp açıqlamasında “Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik” deyib.
Misir mediası az öncə atəşkəsin qüvvəyə mindiyini bəyan edib.
Mənbə: haber7.com
Tərcümə etdi: Turqut Ansari
