“Morricone ilə Bassey üslubunun birləşməsi kimi” təsvir olunan bu mahnı 41 yaşlı ingilis–italyan müğənnisi Cek və onun 39 yaşlı indie ulduzu dostu Miles-in ilham mənbəyi olub. Onlar Julio Iglesias və Charles Aznavour-un Com'è triste Venezia mahnısını ifa etdiyi bir videodan təsirləniblər.

Cek paylaşıb: “Hər ikimiz kostyum geyinmişdik, bir mükafat mərasimindən yeni çıxmışdıq. Və düşündük: biz də elə bir mahnı yazmalıyıq.”
Şərqi Avropada çıxış edərkən, mahnının mənası Cek üçün aydınlaşıb.
O izah edib: "Bu mahnı ilə tamaşaçılara niyə orda olduğumuzu izah edirəm. Pianom işə düşən kimi ilk sətri dediyim dəqiqə- 'bir arzu quyusunda özümü itirdim / deyəcək birimin olmasını arzuladım / bütün bunları etdim / sevgi üçün etdim'- mən bunu anladım".
Mahnı Qərbi Londondakı Eastcote Studios-da lentə alınan vintage görünüşlü qara-ağ tək çəkiliş videosu ilə müşayiət olunur. O, musiqi səhnəsinə 2006-cı ilin oktyabrında "Without" mahnısı ilə debüt edib .Onun ən son studiya albomu 2024-cü ildə Miss İtaliya idi.
Mənbə: Music-News.com
Tərcümə etdi: Əli Balayev
