Bu gün:

Tramp Qəzzədə atəşkəsdən sonra İsrailə gedir


ABŞ Prezidenti Donald Trump Qəzzədə əldə edilən və qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasından sonra İsrailə səfər edəcək. Bu barədə Yedioth Ahronoth qəzeti məlumat yayıb.Xəbərdə bildirilib ki, Trampın bazar günü İsrailə səfəri gözlənilir. Ziyarət çərçivəsində onun İsrail Parlamentində çıxış etməsi planlaşdırılır.

Trampın həmçinin fiziki və psixoloji vəziyyətləri buna imkan verdiyi halda azad ediləcək israilli əsirlərlə də görüşmək istədiyi qeyd edilib. Lakin Tramp bundan əvvəl əsirlərin 13 oktyabr bazar ertəsi təhvil veriləcəyini açıqlayıb.

Qısa müddətli olacağı bildirilən səfər zamanı Trampın əsirlərlə görüşə bilməsi üçün Həmas əsirləri bazar ertəsi yox, bazar günü azad etməlidir.

İsrailin Baş naziri Binyamin Netanyahu atəşkəs razılaşmasından sonra Tramp ilə telefonla danışaraq onu İsrailə dəvət edib.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et