Növbəti beş il ərzində Nyu York şəhəri incəsənət üçün iki yeni əlamətdar məkanı qarşılayacaq, hər ikisi Manhettenin simvolik Beşinci Prospektində, təxminən 40 kvartal aralıda yerləşəcək.
Birinci layihə — Metropolitan İncəsənət Muzeyinin Yuxarı Şərq Tərəfində inşa ediləcək müasir kolleksiya üçün 550 milyon dollarlıq yeni qanaddır. İkinci mühüm layihə isə Harlemdə fəaliyyət göstərəcək inqilabi Milli Qara Teatrın (National Black Theatre - NBT) yeni binasıdır.
Hər iki layihəyə rəhbərlik edən şəxs isə memarlıq dünyasında tarix yazan qadındır — Frida Eskobedo. O, indiyədək bu qədər böyük miqyaslı mədəniyyət layihəsini tamamlamayan, həm də Nyu Yorkda ilk dəfə əsaslı bir dizayn üzərində çalışan memardır.
45 yaşlı Meksika əsilli Eskobedo, kişilərin üstünlük təşkil etdiyi memarlıq sahəsində qırdığı stereotiplərlə diqqət çəkir. Onun Metropolitan layihəsi sayəsində o, muzeyin 155 illik tarixində yeni bir qanad dizayn edən ilk qadın memar kimi adını tarixə yazdırıb.
Bu uğur təkcə Eskobedonun yaradıcılıq bacarığını deyil, həm də qadın memarların qlobal miqyasda artan təsirini nümayiş etdirir.
Mənbə: CNN Style
Tərcümə etdi: Şehrin Musayeva
