Dolli Partonun bacısı pərəstişkarlardan ABŞ-nin müğənnisi üçün dua etmələrini xahiş edərkən heç kimi qorxutmaq istəmədiyini bildirib.

79 yaşlı müğənni yaxınlarda böyrəyində daş diaqnozu qoyulduqdan sonra Dolllivud tədbirindən çıxmağa məcbur olub. Müğənni bu vəziyyətin “bir çox problemlər” yaratdığını ifadə edib.
Gələcək Las-Veqas konsertlərini də təxirə saldıqdan sonra Freyda Parton bacısının “özünü yaxşı hiss etmədiyini” söyləyib və pərəstişkarlardan dualarını istəyib. Lakin Facebook-da yeni bir yazıda o, bu məsələni aydınlaşdırıb:
”Bir şeyi aydınlaşdırmaq istəyirəm. Dolli üçün dua xahiş edərkən heç kimi qorxutmaq və ya vəziyyəti o qədər ciddi göstərmək fikrində deyildim”.
Parton dekabr ayında Sezar sarayındakı Koliseydə altı konsert verməyi planlaşdırıb. Lakin o bu konsertləri gələn ilin sentyabr ayına qədər təxirə salıb və pərəstişkarlarına davam edən “sağlamlıq problemləri” ilə məşğul olmaq üçün “bir neçə prosedura” ehtiyyacı olduğunu bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Fidan Ağayeva
