Bu gün:

Jhon Duranın Fənərbaxçada inkişafı


"Fənərbaxça" Super Liqanın 9-cu həftəsində 19 oktyabr bazar günü Fatih Karagümrüklə matçın hazırlıqlarını günorta saatlarında keçirdiyi günün ilk məşqi ilə davam etdirib. Uzun müddətdir sıradan çıxan hücumçu Jhon Duran fərdi sahə işlərinə başlayıb.

Fənərbaxça Can Bartu Təsislərində baş məşqçi Domeniko Tedesco rəhbərliyində milli komanda oyunçularının iştirak etmədiyi məşq salonda güc və dözümlülük məşqi ilə başlayıb. Daha sonra məşq isinmə hərəkətləri, cəldlik və koordinasiya hərəkətləri və ötürmə məşqləri ilə davam edib. 

Sessiya kiçik tərəfli, iki qollu matçlarla yekunlaşıb. Məşqin ilk hissəsində Mert Hakan Yandaş komanda ilə çalışarkən, müalicəsi hələ də davam edən Jhon Duran fərdi sahə işlərinə başlayıb.

https://www.haberler.com/spor/jhon-duran-42-gun-sonra-takimla-birlikte-19128361-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et