Bu gün:

Elm və sülh sahəsində yeni qaliblər


2025-ci ilin Nobel Kimya Mükafatı ABŞ alimləri David Baker, John Jumper və britaniyalı Demis Hassabis-ə verilib. Çərşənbə günü üç alim molekulyar memarlığın yeni formasını inkişaf etdirdiklərinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüblər. 

Nobel Komitəsinin sədri Heiner Linke bildirib ki, alimlər böyük boşluqlara malik materiallar yaradaraq molekulların eyni maddəyə daxil olub yenidən çıxmasına imkan tanıyan yeni üsullar tapıblar. O qeyd edib ki, bu materialın az miqdarı böyük həcmdə qaz saxlaya bilər və bu, “Harri Potter” filmindəki Hermionanın sehrli çantasını xatırladır. 


Akademiya alimlərin kəşflərinin su toplamaq, karbon qazını tutmaq və zəhərli qazları saxlamaq kimi ekoloji problemlərin həllinə töhfə verə biləcəyini açıqlayıb. Qaliblərdən biri olan Kitagawa qələbəsini elan etdikdən sonra Kyoto Universitetində mətbuat konfransı keçirib və ailəsinə, həmkarlarına, tələbələrinə təşəkkür edib. ‎

Mənbə: NBC NEWS 

Tərcümə etdi: Aylin Bayraməliyeva 

Paylaş
Şərh əlavə et