Bu gün:

Özgür Özəl: Minimum əmək haqqını 20% artırmaq niyyətindədirlər


CHP sədri Özgür Özəl hökumətin 2026-cı il üçün minimum əmək haqqını 20% artırmağı planlaşdırdığını iddia edib. Özəl bu artımın minimum əmək haqqını 26 min lirəyə qaldıracağını bildirib.

 2026 minimum əmək haqqı artımı ətrafında müzakirələr oktyabrın başlaması ilə gündəmə qayıdıb. İqtisadi göstəricilərdəki dalğalanma və yüksək inflyasiya səbəbindən milyonlarla işçi ilin sonunda maaş artımını səbirsizliklə gözləyir.

CHP sədri Özgür Özəl partiyasının toplantısında çıxış edərək hökumətin minimum əmək haqqını 20 faiz artırmağa hazırlaşdığını iddia edib. Bu planın minimum əmək haqqını 26 min lirəyə çatdıracağını bildirən Özəl, "Utanmadan və tərəddüd etmədən minimum əmək haqqını 20 faiz artırmaq niyyətindədirlər. Minimum maaşı 26 min lirə olaraq təyin etmək və bir il bu şəkildə saxlamaqda qərarlıdırlar",- deyib.

Özəl prezident Rəcəb Tayyib Ərdoğanın "Adambaşına milli gəlirimiz 17 min dollara yüksəlib" açıqlamasına da toxunaraq, "Bir tərəfdən yüksək artımdan danışılır, digər tərəfdən isə işçilər üçün yalnız yüzdə 20 artım proqnozlaşıb. Artıq bu yükü vətəndaşların üzərinə daşımaq mümkün deyil",- deyərək onu tənqid edib.

https://www.haberler.com/ekonomi/ozgur-ozel-hukumetin-yapmayi-planladigi-asgari-19124550-haberi/

Mənbə: Haberler 

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et