Bu gün:

2-ci Azərbaycan Halal Biznes Forumuna 30-dan çox ölkədən nümayəndələr qatılıb


İqtisadiyyat nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, Bakıda “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusunda 2-ci Azərbaycan Halal Biznes Forumu keçirilir. Tədbirə 30-dan çox ölkədən rəsmi şəxslər, ekspertlər və iş adamları qatılıb.

Forum investisiya və ticarət sahəsində əməkdaşlıqların qurulmasını, fikir mübadiləsini və xarici sərmayələrin cəlb edilməsini hədəfləyir. Tədbir çərçivəsində KOBİA ilə Türkiyə və Malayziya şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sərgidə müxtəlif ölkələrdən şirkətlərin məhsul və xidmətləri təqdim olunur. Tədbir panel müzakirələrlə davam edir və sərgi oktyabrın 8-dək davam edəcək.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et