Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Dövlət başçısı Rusiya Federasiyasının prezidentini ad günü münasibətilə təbrik edib. Vladimir Putin təbriklərə görə təşəkkür edib.
Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Mənbə: 1news.az
Tərcümə etdi: Aysel Mehtizadə
