Bu ilin ilk doqquz ayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə 6 milyon 108 min ton yük daşınıb. Bu göstərici limanın fəaliyyət tarixində son 22 ilin ən yüksək nəticəsidir.

Rəsmi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yükdaşıma həcmi 6,7 faiz artıb. Xüsusilə konteyner daşımalarında əhəmiyyətli yüksəliş qeydə alınıb — cari ilin doqquz ayında 77 min 295 TEU konteyner daşınıb ki, bu da 40 faizdən çox artım deməkdir.Bakı Limanının açıqlamasında bildirilir ki, əldə olunan nəticələr regionun tranzit imkanlarının genişlənməsi və liman xidmətlərinin optimallaşdırılması ilə bağlı görülən tədbirlərin nəticəsidir.
Hazırladı: Gülay Bədirli
