Bu gün:

Bakıda təkrar emal və davamlılıq üzrə beynəlxalq konfrans keçirilib


Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans keçirilib. İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, tədbir İqtisadi Elmi Tədqiqat İnstitutu, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Türkiyənin bir sıra universitetləri ilə birgə təşkil olunub.

Konfransın əsas mövzusu təkrar emal iqtisadiyyatı, yaşıl inkişaf, davamlılıq siyasəti, ekoloji təhlükəsizlik və innovativ tullantı emalı texnologiyaları olub. Canlı və onlayn formatda keçirilən sessiyalarda 100-dən çox tədqiqatçı plastik tullantıların idarə olunması, dairəvi iqtisadiyyat, bərpa olunan enerji istehlakı və dayanıqlı iqtisadi inkişaf mövzularında çıxışlar edib.

Təqdim olunan tezis və məqalələr 25 oktyabr 2025-ci il tarixində həm kitab şəklində, həm də “Journal of Recycling Economy & Sustainability Policy (RESP)” beynəlxalq jurnalında nəşr olunacaq.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et