Dünyada insanların özlərini daim başqaları ilə müqayisə etməsi özünə sevgi göstərməkdə çətinliklər yaratmağa səbəb ola bilər. Budur, xoşbəxt olan və həyatına gözəllikləri cəlb edən insanların etdiyi 5 əsas davranış:
1. Sevdiyi birinə davrandığı kimi özünə davranır
Başqalarına göstərdiyiniz sevgini özünüzə də göstərə bilərsiniz. Sevdiyiniz birini motivasiya etdiyiniz kimi, özünüzə də pozitiv yanaşmaq və diqqət göstərmək xoşbəxtliyinizi artırar.
2. Hədəflərini yazır və gerçəkləşdirirlər
Həyatda gözlədiklərinizi və istəklərinizi düşünmək, sonra isə onları yazmaq baxış bucağınızı dəyişdirəcək. Hətta gün ərzindəki vəzifə və məsuliyyətlərinizi yazıb yerinə yetirmək enerji səviyyənizə müsbət təsir göstərəcək.
3. Özünü qiymətləndirməyi bacarırlar
Kiçik və ya böyük hər hansı bir uğuru qeyd etmək, özünüzlə fəxr etmək motivasiyanızı artırır.
4. Özləri ilə razıdırlar
Hər kəsin güclü və zəif tərəfləri var. Bu fərqləri müqayisə etmək əvəzinə qəbul etmək, özünüzü olduğu kimi qəbul etməyinizi təmin edir.
5. Hisslərinə önəm verirlər.
Həyatda daim hədəflərə fokuslanmaq əvəzinə, necə hiss etmək istədiyinizə önəm vermək bütün həyatınız üçün yol göstərici olur.
Mənbə: NTV
Tərcümə etdi: Mina Yadigarlı
