Bu gün:

Suffragistlər nə istəyirdilər?


20-ci əsrin əvvəllərində İngiltərədə yaranan Suffragette hərəkatı qadınların siyasi, sosial və iqtisadi bərabərliyi uğrunda ən təsirli mübarizələrdən biri kimi tarixə düşüb. "Seçki hüququ" sözü ingiliscə "suffrage" sözündən yaranıb və bu qadınlar xüsusi olaraq qadınların seçki hüququ üçün mübarizə aparıblar.


Hərəkata Emmeline Pankhurst və onun qurduğu Qadın İctimai və Siyasi Birliyi (WSPU) rəhbərlik edirdi. WSPU-nun şüarı "Söz deyil, əməl" idi - "Söz deyil, əməl!" Suffragistlər təkcə ərizə verməklə kifayətlənməyib, yürüşlər də təşkil edib, ictimai binalara zəncirlənib, hətta həbs olunanda aclıq aksiyasına da başlayıblar.


Sufragetlərin əsas tələbləri arasında qadınların seçmək və seçilmək hüququ, təhsil və məşğulluq azadlığı, bərabər əmək haqqı və hüquqi bərabərlik,  qadınların ictimai həyatda daha böyük rolu var idi. Cəmiyyətin və dövlətin sərt reaksiyalarına baxmayaraq, mübarizədən əl çəkməyiblər. 1918-ci ildə məhdud formada başlayan qadınların seçki hüququ 1928-ci ildə kişilərlə tam bərabərləşib.


Sufragetlər öz cəsarətləri və qətiyyətləri ilə təkcə İngiltərədə deyil, bütün dünyada qadın hüquqları hərəkatlarına yol açdılar. Onların irsi bu gün də bərabərlik və azadlıq uğrunda mübarizələrə ilham verməkdə davam edir.


Mənbə: Evrim ağacı

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et