Bu gün:

ABŞ-də silahlı atışma: 2 ölü, 12 yaralı


ABŞ-nin Alabama ştatında baş verən silahlı atışma nəticəsində 2 nəfər həlak olub, 12 nəfər yaralanıb.Rəsmilərin məlumatına görə, hadisə Alabama ştatının Montqomeri bölgəsində, gecə klublarının yerləşdiyi izdihamlı ərazidə qarşı-qarşıya gələn silahlı qruplar arasında baş verib.

Atışma nəticəsində 2 nəfərin həyatını itirdiyi, 3-ü ağır olmaqla 12 nəfərin yaralandığı bildirilib.

Rəsmilər hadisə ilə bağlı istintaqın başladığını, şübhəli ola biləcək şəxslərlə sorğular aparıldığını, lakin hələlik heç kimin saxlanılmadığını açıqlayıblar.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et