Bu gün:

İsrail və HƏMAS nümayəndələri Misirdə atəşkəs danışıqlarına başlayıblar


İsrail və Fələstinin HƏMAS hərəkatının nümayəndələri Misirin paytaxtı Qahirədə atəşkəsə dair danışıqlara start veriblər. 
Görüşdə əsas məqsəd bölgədə gərginliyin azaldılması, humanitar fasilənin əldə olunması və girovların azad edilməsi məsələlərinin müzakirə olunmasıdır.

Məlumata görə, danışıqlarda Misir və Qətər vasitəçi qismində çıxış edir. Tərəflərin yaxın günlərdə ilkin razılığa gələcəkləri gözlənilir. Beynəlxalq ictimaiyyət danışıqların davamlı sülhün bərqərar olunmasına təkan verəcəyinə ümid bəsləyir.

Xatırladaq ki, son aylarda bölgədə hərbi əməliyyatların intensivləşməsi nəticəsində humanitar vəziyyət kəskinləşib. BMT və digər beynəlxalq qurumlar tərəfləri təmkinli olmağa və münaqişənin siyasi yolla həllinə çağırıblar.


Mənbə: The Guardian

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et