Həftəyə lider kimi başlayan Sipay Bodrum FK günün son oyununda evində Atakaş Hataysporu 5-0 hesabı ilə məğlub edərək xalını 20-yə yüksəldib və zirvədəki mövqeyini qoruyub.
Zirvə izləyicilərindən Esenler Erokspor səfərdə Bolusporu 3-1 hesabı ilə məğlub edərək xalını 19-a çatdırıb.
Atko Grup Pendikspor evində Adana Demirsporu 3-0, Arca Çorum FK isə meydanında Manisa FK-nı 3-1 hesabı ilə məğlub edərək xallarını 18-ə yüksəldib.
Doqquz oyundan sonra 3 qələbə və 6 heç-heçə ilə 15 xal toplayan Erzurumspor FK, liqada məğlubiyyət yaşamayan yeganə komanda statusunu qoruyub.
Liqada hələ də qələbəsi olmayan Atakaş Hatayspor və Adana Demirspor bu həftə də 3 xal həsrətinə son qoya bilməyib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
