Bu gün:

Motosiklet sürmək: Azadlıq duyğusudur, yoxsa yol təhlükəsi?


24Media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki qonağı nəqliyyat eksperti Aslan Əsədovdur. O, gənclər arasında motosiklet sürməyin yaratdığı azadlıq duyğusu və eyni zamanda yol təhlükəsizliyi baxımından yaranan risklər haqqında danışıb. 

Motosiklet sürmək gənclərdə azadlıq və müstəqillik duyğusunu gücləndirsə də, eyni zamanda ciddi yol-nəqliyyat riskləri yaradır. Bu kontekstdə, sizcə gənclər təhlükəsizlik qaydalarına riayət etməklə yanaşı, azadlıq təcrübəsini hansı yollarla təmin edə bilərlər?

-Bəli, motosiklet sürmək yalnız motosikletlərə deyil, həm də skuterlərə aiddir. Çünki skuter idarə etmək də gənclər arasında çox populyardır və onları cəlb edən stimullaşdırıcı amillərdən biridir. Motosiklet idarə edən şəxs özünü rahat hiss etsə belə, bu nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsi çox aşağıdır. Dayanmış və ya qəfil qarşıya çıxan maneəyə çırpılmaq qəza riskini artırır və bu, çox zaman ölümlə nəticələnə bilər.

Motosiklet sürərkən insanlar yalnız azadlıq hissini deyil, eyni zamanda öz təhlükəsizliklərini də düşünməlidirlər. Bu risk amili xüsusilə gənclər üçün acınacaqlı nəticələrə səbəb ola bilər. Ona görə də onlar mütləq qaydada yol hərəkəti qaydalarına əməl etməli, təhlükəsizlik vasitələrindən – dəbilqə, qoruyucu geyim və digər avadanlıqlardan – istifadə etməlidirlər. Ən əsası isə, özlərini lazımsız riskə atmamalıdırlar.


Mina Yadigarlı


Paylaş
Şərh əlavə et