Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ Ukraynaya “Tomahawk” tipli qanadlı raketlər versə, iki ölkə arasındakı münasibətlər pozula bilər.
Rusiya lideri Rusiyadakı mətbuata açıqlamasında deyib:
“Əgər ABŞ Ukraynaya “Tomahawk“ raketləri verərsə, bu, münasibətlərimizin və bu münasibətlərdəki müsbət tendensiyaların pozulmasına gətirib çıxaracaq. Mən nə düşünürəmsə, onu da deyirəm. Vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi yalnız bizdən və məndən asılı deyil”.
Putin vurğulayıb ki, Moskva ilə Vaşinqton arasında münasibətlərin sabit qalması üçün qarşılıqlı etimad və məsuliyyətli davranış vacibdir.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
