Bu gün:

Birinci Dünya Müharibəsini başladan silah səsi olub?


1914-cü il iyunun 28-də Sarayevoda 19 yaşlı Qavrilo Prinsip Archduke Franz Ferdinand və arvadı Sofiyəni öldürüb. Bu güllə tarixin gedişatını dəyişdirib və Birinci Dünya Müharibəsinin başlanmasına yol açıbPrinsip 1894-cü il iyulun 25-də Bosniya və Herseqovinanın Oblyaj şəhərində anadan olub, yoxsulluq içində böyüyüb və Cənubi Slavyan millətçiliyinin təsiri altında Gənc Bosniya hərəkatına qoşulub. O, Qara Əl adlı gizli serb təşkilatı ilə əlaqə yaradıb, Böyük Serbiyanın yaradılmasına çalışıb və Archduke Franz Ferdinandın Sarayevoya səfərindən istifadə edib sui-qəsd həyata keçirib. Sui-qəsd günü bir neçə sui-qəsdçi kortej boyunca yerləşdirilib. Baş vermiş uğursuz bomba cəhdi və sürücünün səhv dönüşü nəticəsində avtomobil yavaşlayıb, Prinsip isə bu anı ələ keçirərək Archduke və arvadına atəş açıb. Avstriya-Macarıstan hökuməti sərt reaksiya verib, Serbiyaya ultimatum göndərib. Almaniyanın dəstəyi ilə 28 iyul 1914-cü ildə Serbiyaya müharibə elan edilib.

Bu, domino effekti yaradıb: Rusiya Serbiyaya dəstək üçün səfərbər olub, Almaniya Rusiyaya müharibə elan edib, Fransa və İngiltərə işə qarışıb və qısa müddətdə Avropa genişmiqyaslı müharibəyə sürüşüb. Archduken sui-qəsdi Avropadakı gərginliyi katalizator kimi sürətləndirib və Birinci Dünya Müharibəsinin başlanmasını mümkün edib. Bu hadisə göstərib ki, regional qarşıdurmalar beynəlxalq şəbəkələr və müttəfiqlik sistemləri ilə birləşəndə, qlobal müharibəyə çevrilə bilər.

Mənbə: HistoryBombs
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et