Bu gün:

Mahatma Qandi dünyanı necə dəyişib?


Mohandas Qandi, daha çox Mahatma (Böyük Ruh) kimi tanınıb, 1930 və 1940-cı illərdə Hindistanın müstəqillik hərəkatında Britaniyalı müstəmləkəçilərə qarşı söz və qeyri-zorakı etirazlarla iştirak edib. O, 20-ci əsrin ən mühüm liderlərindən biri sayılıb və Hindistanda millətin atası kimi hörmət qazanıb. Qandi göstərib ki, etik davranış və zəka bir insanı imperiyaya qarşı güclü edə bilir. Sonrakı illərdə Martin Lüter Kinq Jr. və Dalay Lama kimi liderlər onun metodlarını təqlid edib.Qandi siyasətə Cənubi Afrikada vəkil kimi başlayıb və burada hind icmasının hüquqlarını müdafiə edib. 1915-ci ildə Hindistana qayıdıb və aşağı təbəqələrin həyatını yaxşılaşdırmaq üçün çalışıb. Hindistan Milli Konqresində sürətlə liderlik mövqeyi qazanıb, ölkə boyunca səyahət edib və müxtəlif icmaların problemlərini öyrənib, əfsanəsi xalq arasında böyüyüb. Qucarat əyalətində yoxsulluq və aclığı azaltmaq üçün məktəblər və xəstəxanalar tikib. Britaniya tərəfindən həbs edilsə də, həbsxanada sakitcə oruc tutub və daha yaxşı şərtlərlə danışıqlar aparıb, bunun nəticəsində ona Bapu (Ata) ləqəbi verilib. 1920-ci illərdə əməkdaşlıq etməmə hərəkatı ilə Hindliləri Britaniya mallarını boykot etməyə çağırıb. 1930-cu ildə məşhur Duz Yürüşü ilə minlərlə hindlini britaniyalıların inhisarına qarşı yönləndirib.

Hindistan 1947-ci ildə Qandinin 78 yaşı olanda müstəqillik əldə edib. Qandi qeyri-zorakılığın əsas tərəfdarı olaraq 1948-ci ildə sui-qəsd nəticəsində öldürülüb. Onun fəlsəfəsi və fəaliyyəti hindlilər, müharibə əleyhinə aktivlər və müəlliflər tərəfindən böyük şəxsiyyət kimi xatırlanıb, həmçinin Martin Lüter Kinq Jr.-ın Amerikadakı vətəndaş hüquqları hərəkatına birbaşa təsir göstərib.

Mənbə: LiveScience
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et