Bu gün:

Hitlerin rəssamlıq arzusu


1908-ci ilin əvvəllərində anasının ölümündən sonra 18 yaşlı Adolf Hitler doğma şəhəri Linzdən ayrılaraq Avstriya-Macarıstanın paytaxtı Vyanaya köçüb. O, atasının dövlət qulluqçusu olma arzularını geridə qoyub, rəssam olmaq istəyib. Lakin Vyana Gözəl Sənətlər Akademiyası Hitlerin rəsmlərini “qeyri-qənaətbəxş” hesab edərək onu qəbul etməyib.Başlanğıcda gec yatmaq, eskizlər çəkmək və kitab oxumaqla məşğul olan Hitler 1909-cu ildə turistlərə və çərçivə satıcılarına satmaq üçün Vyanadakı binaların və görməli yerlərin kiçik yağlıboya və akvarel rəsmlərini çəkməyə başlayıb. Bu dövrdə siyasət və antisemit baxışları formalaşmağa başlayıb, lakin onun rəsmlərinin ən sadiq alıcılarından biri yəhudi mağaza sahibi Samuel Morgenstern olub. 1913-cü ilin mayında Hitler Münhenə köçərək sənətini davam etdirib. Lakin 1914-cü ilin yanvarında hərbi çağırış üçün qeydiyyata alınmadığı üçün onun karyerası dayanıb. Birinci Dünya Müharibəsi başlandıqda isə könüllü olaraq hərbi xidmətə gedib.

Hitlerin Vyanadakı gənclik illəri onun gələcək dünyagörüşünü və sonradan Almaniyada hakimiyyətə gəlməsinə kömək edən mifləri formalaşdırıb. Nasist dövründə onun rəsmləri toplanıb və sərgilənib, amma İkinci Dünya Müharibəsindən sağ qalmış bir neçə əsər ABŞ tərəfindən müsadirə edilib. Bu gün də onun rəsmlərinin satışı, üslubunun orta səviyyəli həvəskar olmasına görə, ekspertlər üçün çətinlik yaradır.

Mənbə: history.com
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et