Bu gün:

Süni İntellekt alətləri yaradıcılığı "boğurmu"?


(Bir Qrafik Dizaynerin Qəhvə Ləkəli Masasından Qeydlər):

Son zamanlar hər iclasda, hər qəhvə fasiləsində, hətta gözəllik salonlarında belə eyni fikirləri eşidirəm:

“Bəs, bu süni intellekt alətləri yaradıcılığı boğmazmı?”

“Dizayn işi bitdi, indi hər şeyi süni intellekt edir.”

“Yaxın gələcəkdə dizaynerlər iş tapa bilməyəcəkmi?”

Bir rəqəmsal dizayner kimi cavabım açıqdır:

Süni intellekt alətləri yaradıcılığı boğmur, amma insanı səhlənkarlığa təşviq edə bilər. Süni intellekt əla bir alət qutusudur, amma məqsəd olmamalıdır. Hələ ki, süni intellektin insana xas olan dərin düşüncə və duyğuları yoxdur, buna görə də insan qədər təsəvvür qura bilmir.

Bu tam olaraq Photoshop-un ilk dövrlərindəki kimi idi. Xatırlayırsınızsa, əvvəllər jurnallarda şəkil düzəlişlərini əl ilə edirdik, hərfləri kəsib yapışdırırdıq. İndi isə Ctrl+Z əmri ilə səhv etmə lüksumuz var. O zaman da “Bu proqram insan əllərini əvəz edəcək” deyirdilər. Amma əvəz etmədi; sadəcə əllərimizi bir az az boya ləkələyib. Mən təlimçi olduğum dövrdə seminarləra çağırıldığım qrafik dizayn bölmələrində rəqəmsal dizaynerlər sanki qorxulu varlıq kimi qəbul olunurdu. İndi isə demək olar ki, rəqəmsal vasitəsiz dizayn edən qalmayıb.

Metod, mədəniyyət və alətlər dəyişir, inkişaf edir.

Mənim fikrimcə, süni intellekt alətləri rəqəmsal dizayner üçün yeni “qələm qutusudur”. Əvvəllər 20 fırçamız var idi, indi isə 2000 fırça mövcuddur. Yaxşı, problem haradadır?

Qələm qutusu böyük olduğu üçün sən Picasso olmursan. 2000 fırçan ola bilər, amma ruhsuz bir xətti heç kim xilas edə bilməz.

Midjourney, DALL·E, Stable Diffusion… Bunların hamısı yeni nəsil “çizək” alətləridir. Lakin yaradıcı ideya hələ də sənin beynində və təsəvvüründədir. Əks halda süni intellektə “kosmik penguen” yazarsan, o da sənə yalnız “kosmik penguen” çəkər.

Amma əsas məsələ budur: Niyə pengueni kosmik etdiniz? Əgər onun arxasındakı hekayəni sən yaratmasan, ortaya çıxan vizual yalnız rəqəmsal səs-küy olacaq. Sən sadəcə rəqəmsal kolaj və ya təsadüfi bir görüntü istəyirsən, yoxsa problem həll etmək və ya məhsul yaratmaq?

“Mənim etdiyim daha özəldir” – Eqo Tələsi

Dizayn sahəsində gizli bir eqomuz var: “Mənim çəkdiyim xətt daha orqanik, daha orijinaldır”.

Lakin dürüst olaq, bəzən üç gün çalışdığımız afişanı süni intellekt 15 saniyədə daha yaxşı edir. Bura bizim sinirlərimizi qıcıqlandırır.

Amma unutmaq olmaz:

Süni intellekt ideya yaradır, amma qərar verə bilmir. Süni intellekt variant təqdim edir, amma seçici baxış sənə aiddir. Süni intellekt işıq və kölgə əlavə edə bilər, amma ruh hələ də sənin qəhvə və yuxusuzluqla dolu zəka dərinliyindədir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et