Beynəlxalq Müəllimlər Günü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbirləri keçirilib. 24media.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarına bayramın yaranma tarixi ilə bağlı geniş məlumat verilib. Beynəlxalq Müəllimlər Gününün Ulu Öndərin müvafiq Sərəncamına əsasən hər il ölkəmizdə bayram kimi qeyd edildiyi xüsusi vurğulanıb. Savadlı cəmiyyətin formalaşmasında müəllimlərin rolunun danılmaz olduğu, xalqımız tərəfindən onlara hər zaman hörmət bəsləndiyi qeyd edilib.
Tədbirlərdə çıxış edən müəllimlər ölkəmizdə müəllimlərin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.
Sonda təhsilin inkişafında fərqlənən bir qrup professor-müəllim heyəti təltif olunub.
Aysel Mirzəyeva