Dünya Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyada 200 milyondan çox qadın və qız "qadın sünnəti"nə (FGM) məruz qalıb. Bu ənənə, xüsusilə Afrika və Yaxın Şərqin bəzi yerlərində mədəni ritual kimi həyata keçirilir.

Mütəxəssislərin fikrincə, qadın sünnətinin heç bir tibbi faydası yoxdur və əksinə, səhhətində ciddi problemlər yaradır. İnfeksiya, doğum fəsadları, psixoloji travma və hətta ölüm bu təcrübənin birbaşa nəticələri arasındadır. Qadın hüquqları müdafiəçiləri qadın sünnətini “qadın orqanizminə qarşı ən geniş yayılmış insan hüquqları pozuntularından biri” kimi qiymətləndirirlər. UNICEF-in son məlumatlarına görə, hər il 3 milyondan çox qız uşağı risk altındadır.
Bir çox ölkələr bu praktikanı qadağan etsə də, bəzi cəmiyyətlərdə sosial təzyiq və ənənələrə görə davam edir. İnsan haqları təşkilatları maarifləndirmə kampaniyaları vasitəsilə ailələr və yerli liderlər arasında maarifləndirmə işləri aparır. Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilə qədər bu zərərli praktikaya son qoymağı hədəfləyən qadın sünnətinin aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığa çağırıb.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
