Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 24media.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev 23 oktyabr tarixində Gədəbəy şəhərində vətəndaş qəbulu keçirəcək.

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin iştirakı nəzərdə tutulur. Qeyd olunur ki, qəbulda yalnız əvvəlcədən qeydiyyatdan keçmiş şəxslər iştirak edə biləcəklər.
Rəna Qarayeva
