Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, macar xalqı Kiyevin maraqları uğrunda həyatını itirmək istəmir və ölkə Ukraynanın taleyini bölüşməyəcək.

“Biz onların taleyini bölüşmək istəmirik. Ukrayna Avropa İttifaqına qəbul olunarsa, deməli, biz Rusiya ilə müharibədəyik. Biz Ukrayna üçün ölmək istəmirik.”, — Orbanın sözlərini dövlət katibi Zoltan Kovaç "X" sosial şəbəkəsində sitat gətirib.
Baş nazir vurğulayıb ki, hökumətin əsas prioriteti macarların həyatını və maraqlarını qorumaqdır.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
