Aksiya kameraları ilə tanınan GoPro aksesuar sahəsində də istifadəçilərə maraqlı yeniliklər təqdim edir. Şirkət bu dəfə yeni nəsil gimbal GoPro Fluid Pro AI modelini təqdim edib. Süni intellektlə işləyən cihaz uzun batareya ömrü və izləmə xüsusiyyətləri ilə rəqiblərinə güclü alternativdir.

Telefonlar və kameralar
GoPro Fluid Pro AI yalnız Hero 13 Black üçün deyil, həm də smartfon və kompakt kameralarla işləyir. 400 qramlıq yük dəstəyi sayəsində bir cihazda fərqli avadanlıqlardan istifadə mümkündür.
Sİ ilə izləmə texnologiyası
Yeni modelin əsas üstünlüyü süni intellektlə işləyən izləmədir. İstifadəçinin üzünü və bədənini izləyir, hər zaman kadrda saxlayır. Əl hərəkətləri ilə uzaqdan idarə etmə imkanı verir. Mobil tətbiqlə əl ilə izləmə seçimi də mövcuddur. Bu, panoramik və vaxtlama çəkilişlərinə şərait yaradır.
Çevik hərəkətlilik
Fluid Pro AI 360 dərəcə fırlanma və 320 dərəcə əyilmə imkanları ilə müxtəlif bucaqlardan çəkiliş aparır. LED işığı az işıqlı yerlərdə kömək edir. Müxtəlif ölçülü telefonlar üçün dəyişdirilə bilən sıxacları var. Amma teleskopik qol və ya uzanan ştativ ayaqları təqdim edilmir.
18 Saatlıq batareya ömrü
GoPro batareya performansına xüsusi diqqət yetirib. Tək şarjla 18 saat işləyir. Sİ izləmə və LED işıq aktiv olduqda belə 6 saata qədər davam edir. Bu göstərici rəqibləri DJI Osmo Mobile 7 Pro və “Insta360 Flow 2 Pro”dan xeyli uzundur. Üstəlik, cihaz enerji bankı kimi istifadə oluna bilər.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
