ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla şərtsiz danışıqlara hazırdır.
Bu barədə “Ynhap” agentliyi Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Xatırladıb ki, ilk səlahiyyət müddətində Tramp Şimali Koreya lideri ilə üç dəfə görüşüb və bu, yarımadada vəziyyətin sabitləşməsinə töhfə verib. Agentliyin mənbəsinin sözlərinə görə, o vaxtdan bəri ABŞ-ın Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib. “Prezident Tramp heç bir şərt qoymadan Kim Çen Inla dialoqa açıqdır”, - deyə adı açıqlanmayan rəsmi bildirib.
“Yonhap” izah edir ki, Ağ Ev ilk dəfədir Amerika Prezidentinin ilkin şərtlər tələb etmədiyinə aydınlıq gətirir.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli