Bu gün:

Prezident energetika sahəsində İtaliya ilə birgə icra edilən layihələrin önəmindən danışdı


“Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik”.

24media.az baku.tv'ə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib.

“Eyni zamanda bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”, – deyə dövlət başçısı diqqətə çatdırıb.


Hazırladı: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et