Bu gün:

Filippində 6,9 bal gücündə zəlzələ olub


Filippinin Palompon bölgəsinin qərb sahillərində 6,9 maqnitudalı zəlzələ qeydə alınıb.ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Palompon bölgəsindən təxminən 10 kilometr qərbdə, Kalape bölgəsi açıqlarında yerləşib.

Yeraltı təkanlar təxminən 10 kilometr dərinlikdə baş verib. Hadisə nəticəsində hələlik can və ya mal itkisinin olmadığı bildirilir.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Qeyd edək ki, Filippin dünyada seysmik aktivliyin ən çox müşahidə olunduğu ölkələrdən biridir və “od dairəsi” kimi tanınan Sakit okean Zəlzələ Qurşağında yerləşir.


Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et