Aclıq səbəbindən əsəbiləşmə halı nevroloji baxımdan (aclqdan yaranan əsəbilik) və ya gündəlik dildə daha çox istifadə olunan “acam” anlayışı ilə izah olunur.
Beyin, xüsusilə hipotalamus və prefrontal korteks vasitəsilə orqanizmin enerji vəziyyətini daim izləyir. Qanda şəkərin miqdarı azaldıqda, hipotalamus bu aşağı qlükoza səviyyəsini müəyyən edir və orqanizmə enerji verəcək hormonların (məsələn, kortizol və adrenalin) ifrazını təmin edir. Bu hormonlar bədəni aktivləşdirməklə yanaşı, limbik sistemə də təsir edərək emosional reaksiyaların güclənməsinə səbəb olur.
Xüsusilə amigdala kimi emosional emal mərkəzləri aşağı enerji vəziyyətində daha həssas olur və nəticədə qəzəb, narahatlıq və ya əsəbilik kimi reaksiyaların meydana çıxması asanlaşır. Eyni zamanda prefrontal korteksin idarəedici funksiyası zəiflədiyi üçün insan normalda dözümlü ola biləcəyi stresli situasiyalara qarşı daha emosional və kəskin reaksiya göstərə bilir.
Bu proses beynin enerji balansını qoruma mexanizminin bir yan təsiri kimi meydana çıxır.
Mənbə: Buzz Feed
Tərcümə etdi: Mina Yadigarlı