Bu gün:

ABŞ-da büdcə razılaşmasının əldə edilməməsi hökumətin bağlanması riskini artırır


Sentyabrın 29-da ABŞ-da federal büdcənin təsdiqi ilə bağlı danışıqlar davam edir. Prezident Donald Tramp və Konqres liderləri arasında aparılan müzakirələr hələlik nəticəsiz qalıb.

Mütəxəssislərin qənaətinə görə, tərəflər arasında razılıq əldə olunmasa, hökumətin qismən bağlanması ehtimalı güclənir. Bu hal ölkənin iqtisadiyyatına və maliyyə bazarlarına mənfi təsir göstərə bilər.


Qeyd edək ki, ABŞ-da hökumətin maliyyələşməsi ilə bağlı qarşıdurmalar son illərdə dəfələrlə müşahidə olunub.


Mənbə: Reuters

Tərcümə etdi: İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et