Bu gün:

Sumqayıtda ilk elektrik avtobusu istehsal olunub


İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, 24Media.az xəbər verir ki, Sumqayıt Sənaye Parkında “Azerbaijan Energy Automotive Factory” MMC-də ilk elektrik avtobus istehsal edilərək “BakuBus” MMC-yə təqdim olunub.

Avtobus 82 sərnişin daşıya bilir və bir dəfə şarjla 350 km məsafə qət edir. Layihə Prezidentin 2023-cü il sərəncamına uyğun olaraq həyata keçirilir və gələcəkdə yük, kommunal və minik avtomobillərinin istehsalı da planlaşdırılır.

Tədbirdə iqtisadiyyat nazirinin müavini, Çinin səfiri və “BYD” şirkətinin rəhbərliyi iştirak edib. Layihə sənaye potensialını, texnologiya transferini və yaşıl nəqliyyat siyasətini gücləndirir.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et