Bu gün:

Azərbaycan və AİB əməkdaşlığının yeni perspektivləri müzakirə olunub


İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, nazir Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Barqav Dasqupta ilə görüşərək Azərbaycan-AİB əməkdaşlığının perspektivlərini müzakirə edib.

Görüşdə özəl sektorun inkişafı, KOB-ların maliyyələşməsi, dövlət-özəl tərəfdaşlığı, bərpaolunan enerji layihələri və işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması məsələləri diqqət mərkəzində olub. Tərəflər 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində davamlı əməkdaşlığın gücləndirilməsini əsas hədəf kimi müəyyən ediblər.

Arzu Qafarova 

Paylaş
Şərh əlavə et