Meta Facebook və Instagram istifadəçiləri üçün əhəmiyyətli addım atıb. Şirkət İngiltərədə ödənişli abunə sistemi tətbiq edərək sosial media təcrübəsini dəyişməyə hazırlaşır. İstifadəçilər ödəniş müqabilində Instagram və “Facebook”dan reklamsız istifadə edə biləcək.

Reklamsız Instagram və Facebook seçimləri
Meta tərəfindən elan edilən yeni sistemlə İngiltərədəki istifadəçilər ayda təxminən 3 dollar ödəyərək reklamları tamamilə silə biləcək. Mobil tətbiqlərdə qiymət təxminən 4 dollar olacaq. Bu, istifadəçilərə pulsuz, reklam əsaslı model seçmək və ya ödəniş etməklə reklamsız sosial media təcrübəsi yaşamaq imkanı verir.
İstifadəçi məlumatlarına daha çox nəzarət
Yeni abunə sisteminin əsas məqamlarından biri şəxsi məlumatların istifadəsidir. Meta açıqlayıb ki, istifadəçilər məlumatlarının reklam məqsədləri üçün istifadəsinə icazə verə və ya məhdudlaşdıra biləcək. Bu, onların hansı məlumatlarının işlənəcəyinə özlərinin qərar verməsinə imkan yaradır.
Avropada artıq istifadədədir
Əslində bu sistem Avropa Birliyində artıq tətbiq olunur. Oradakı istifadəçilər ayda təxminən 6 dollar ödəməklə Instagram və “Facebook”dan reklamsız istifadə edə bilir. Böyük Britaniyada isə daha aşağı qiymətlər diqqət çəkir.
Ekspertlərin fikirləri
Mütəxəssislərə görə, Metanın bu qərarı istifadəçilərin xeyrinədir. Bu sistem reklamları aradan qaldırmaqla yanaşı, şəxsi məlumatlara nəzarəti artırır. Sosial media platformalarının məxfilik istiqamətində addımlar atması rəqəmsal dünyada mühüm dəyişiklik hesab edilir.
Meta tərəfindən Böyük Britaniyada istifadəyə verilən ödənişli abunə sistemi yaxın zamanda digər ölkələrdə də tətbiq oluna bilər. Beləliklə, Instagram və Facebook istifadəçiləri “pulsuz, amma reklamlı” və “ödənişli, reklamsız” seçimləri arasında qərar verə biləcək.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
