Bu gün:

"Elektron jurnallar kağız israfını azaldır" - təhsil eksperti ilə müsahibə


24media.az-ın bu dəfəki müsahibi təhsil eksperti Elçin Süleymanovdur. O, elektron jurnallar haqqında danışıb:

Elektron jurnala keçid hal hazırda daha çox Bakı məktəblərində başlayıb. Əslində Covid 19 dövründə elektron jurnalların praktikası var idi. Müəllimlər və şagirdlər bu sistemi az çox tanımışdı. Bu hal bir neçə müsbət nüansları əhatə edir. Elektron jurnallar müəllimlərin iş mühitini müəyyən qədər azaldır, daha şəffafdır, ən əsası kağız israfını azaldır. 

Qeyd edə bilərik ki, bəzi məktəblərdə kağız jurnallardan imtina olunub, bu isə müəllimlərə kifayət qədər kömək olur. Jurnalların doldurulması smartfon kimi elektron vasitələrlə həyata keçirilir. Yəni smartfonu olan hər bir müəllim elektron jurnalı asanlıqla doldura bilər. Digər müsbət tərəfi isə odur ki, valideynlər uşaqlarının dərsə davamiyyətini, qiymətlərini bu sistemdən təqib edə bilər.

Səbinə Cəlilli

Paylaş
Şərh əlavə et