Motosikletçi Toprak Razgatlıoğlu 2025 Dünya Superbike Çempionatının İspaniyada keçirilən 10-cu mərhələsində ikinci əsas yarışı 2-ci yerdə başa vurub.
“Superpole” yarışını İtaliyalı Nicolo Bulega-nın ardınca 2-ci pillədə tamamlayan Rokit BMW sürücüsünün 13 yarışlıq qalibiyyət seriyası sona çatıb.
Motorland Aragon trasında 18 dövrəlik ikinci əsas yarışda Aruba Ducati komandasının üzvü Bulega qələbə qazanıb. Dünənki birinci yarışda qalib gələn Red Bull idmançısı Toprak isə bu dəfə 2-ci olub və ümumi sıralamada liderliyini qoruyub. Toprak xalını 523-ə yüksəldib və pilotların ümumi sıralamasında Bulega (487 xal) üzərində 36 xallıq üstünlüyünü davam etdirir. Dünya Superbike Çempionatının 11-ci mərhələsi 11-12 oktyabrda Portuqaliyada keçiriləcək.
Mənbə: TRT Haber
Tərcünə etdi:Nigar Həsənzadə