Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qərb dövlətlərini mümkün hücum ehtimalına görə xəbərdar edib.“Əgər torpaqlarımız üzərində, hava məkanımızda hər hansı uçan obyektin vurulmasına cəhd olarsa, düşünürəm ki, insanlar ərazi bütövlüyümüzü və suverenliyimizi pozduqlarına görə çox peşman olacaqlar”, – Lavrov bildirib.
Lavrov bu açıqlamanı BMT-nin 80-ci Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda keçirdiyi mətbuat konfransında edib.
Nazir əlavə edib ki, Rusiyanın ərazilərindən kənarda uçan pilotsuz uçuş aparatlarına (PUA) müdaxilə etmək hüquqi baxımdan haqlıdır, lakin Moskva heç bir ölkənin hava məkanını pozmaq niyyətində deyil.
Ukrayna ilə bağlı suala cavab verən Lavrov deyib:
“2022-ci ildəki Ukrayna sərhədlərinə geri dönməyi heç kim gözləmir, bu siyasi korluq olar”.
O həmçinin vurğulayıb ki, Rusiya Türkiyənin regiondakı proseslər qarşısında tutduğu mövqeyə və qəbul etdiyi qərarlara hörmətlə yanaşır.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva