Yaponiyada getdikcə daha çox cütlük ənənəvi "eyni yataqda yatmaq" vərdişindən əl çəkərək gecəni ayrı çarpayılarda və ya ayrı otaqlarda keçirməyə üstünlük verir. Xüsusilə böyük şəhərlərdə adi hala çevrilən bu təcrübə cütlüklərin daha yaxşı yuxuya getməsinə və münasibətlərində daha az münaqişənin yaşanmasına kömək edir.
Sorğular göstərir ki, evli cütlüklərin 26%-40%-i bu təcrübəni mənimsəyir. Yaponiyada “yuxu ittifaqı” kimi də tanınan bu təcrübə, romantik birliyin simvolu hesab edilən Qərbin birgə yatmaq konsepsiyasından fərqli bir perspektivi təmsil edir.
Mütəxəssislərin fikrincə, ayrı-ayrı çarpayılarda yatmaq yuxunun keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, cütlərdə gündəlik stressi azaltmaqla boşanma hallarını da azaldır. Daha yaxşı dincələn həyat yoldaşlarının ünsiyyət qurma və problemləri effektiv şəkildə həll etmə ehtimalının daha yüksək olduğu bildirilir.
Mənbə: Sözcü
Tərcümə etdi: Sona Osmanova