Bu gün:

"Hobbit" insanların niyə kiçik olduğu sirri açılmış ola bilər


Təxminən 60 min il əvvəl, İndoneziyanın Flores adasında Homo floresiensis adlanan miniatür insanabənzər bir növ yaşayıb, yəni ‘Hobbit’ insanlar. 

Bu kiçik növün 2004-cü ildə kəşfi paleoantropoloqları xeyli təəccübləndirib, çünki o, insan təkamülünün əsas qanunlarından biri ilə uyğunlaşmayıb: beynimizin zaman keçdikcə böyüməsi qaydası. 

Neandertallar və Homo sapiens (yəni biz) kimi böyük beyinə sahib insanabənzərlərlə eyni dövrdə yaşamalarına baxmayaraq, Homo floresiensis-in beyin həcmi bizimkindən təxminən üçdə bir qədər kiçik olub. Bu isə onların beyninin təqribən bir şimpanzeninki qədər olması deməkdir. Bu kəşfdən əvvəl tədqiqatçılar düşünüblər ki, insan ağlının təkamül inkişafı əsasən beynin həcminin böyüməsi ilə bağlıdır. Amma ‘Hobbit’lər kiçik kəllələrinə baxmayaraq, alətlər düzəldə bilir və od istifadə ediblər.

Yeni araşdırmalar göstərir ki, ‘Hobbit’ insanların təxminən neandertalların dişləri ilə eyni ölçüdə iyirmilik dişləri kiçik olub. Bu isə onların beyninin də təqribən neandertal səviyyəsində olması lazım gəldiyini göstərir. Amma nədənsə, onların beyni çox daha kiçik  olub. 

Hobbit’lərin vəziyyətində, bədənin kiçilməsi çox güman ki, ‘ada balacalaşmasl’ (insular nanizm) adlanan bir halı əks etdirir. Bu hal, mənbələrin məhdud olduğu və böyük yırtıcıların olmadığı ada şəraitində canlıların bədən ölçüsünün kiçilməsinə səbəb olur. Araşdırmanın müəlliflərinə görə, bu kiçilmənin doğuşdan sonra baş verməsi IGF-1 səviyyəsinin aşağı olması ilə əlaqədar ola bilər və bu, prosesi istiqamətləndirən amil kimi düşünülür.

Tədqiqatçılar bunun Homo floresiensis-in həm kiçik bədənə, həm də kiçik beyinə sahib olmasına səbəb olduğunu, lakin onların idrak qabiliyyətlərinə təsir göstərmədiyini irəli sürürlər. Beləliklə, ‘Hobbit’lərin niyə bu qədər kiçik olduqları sirri açılmış olur.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et