2019-cu ildə Venesiya tarixində ikinci ən böyük daşqını yaşayıb. Tam ay, güclü külək və siklon nəticəsində şəhərin 85%-i su altında alıb.
Fotoqraf Patrizia Zelano Rimini Venesiyaya gələrək su basmış evlərdən və kitab dükanından 40 kitab xilas edib. Bu kitabların çoxu artıq oxunmaz hala düşsə də, o, onları studiyasında təbii işıqla çəkərək sənədləşdirib. Zelano kitabların formalarını dalğalara, göz yaşlarına və ürək fiqurlarına bənzədib. Onun üçün bu kitablar həm mədəniyyətin itkisinin, həm də müqavimətin simvoludur.
Venesiyada suyun səviyyəsi ilbəil yüksəlir, torpaq isə batır. Mose adlı müdafiə sistemi daşqınların yalnız bir hissəsinə qarşı qoruyur. Zelano isə fotoqrafları “mədəni yaddaşın qorunması” və “itkinin ümidə çevrilməsi” kimi təqdim edir. Onun bu işləri Londonda, Dubayda və Tokioda sərgilənəcək.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova