Bu gün:

Azərbaycan və Çin “yaşıl enerji” layihələrində əməkdaşlığı müzakirə edib


İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumata əsasən, 24media.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin sədri Conq Haysianq ilə görüşüb.

Görüşdə bərpa olunan enerji sahəsinə sərmayə, ixrac potensialının artırılması, su resurslarının səmərəli idarəsi və çirkab suların təmizlənməsi üzrə layihələr müzakirə olunub. Həmçinin, müasir texnologiyaların tətbiqi və innovativ həllərin əməkdaşlıq üçün yeni imkanlar açdığı vurğulanıb.

Qeyd olunur ki, PowerChina Resources Ltd. dünya üzrə enerji və infrastruktur sahələrində layihələr həyata keçirir və “SOCAR Green” ilə birgə regionun enerji təhlükəsizliyi və ekoloji dayanıqlığa töhfə verir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et