Coğrafiyaya az da olsa marağı olan hər kəs yaxşı bilir ki, Qrenlandiya adının mənasına uyğun olaraq yaşıl ölkə deyil, əksinə, böyük ölçüdə buzla örtülən ərazidir. Maraqlıdır ki, əksinə, adından “buz ölkəsi” kimi təsəvvür edilən İslandiya isə əslində yaşıl təbiəti ilə seçilir. Bu adların bir-birinə zidd olması uzun illərdir sual doğurur. Cavab isə tarix, mədəniyyət və iqlim dəyişmələrinin təsirində gizlidir.
Adların tarixi kökləri:

Norse ənənəsində yeni kəşf edilən ərazilərə ad verilərkən, həmin məkanın ilk baxışda diqqət çəkən xüsusiyyətləri əsas götürülüb. Məsələn, səyyah Leif Eriksson Kanadanın sahillərində gördüyü yabanı üzüm bağlarına görə bu əraziyə “Vinland” adını verib. Grönlandın adının tarixçəsi də bənzər şəkildə formalaşıb.
982-ci ildə Erik the Red adanın cənub-qərbinə çatanda bölgənin iqlimi bu günlə müqayisədə daha mülayim idi. Yay aylarında geniş otlaqlar yaşıl rəngə bürünüb. Məhz buna görə ada “yaşıl ölkə” mənasını verən “Qrenlandiya” adını aldı. O dövrdə bu ad təbiətin mənzərəsini dəqiq əks etdirib.
Əvvəlki kəşf dövrlərində ada “Snæland” – “Qar Ölkəsi” kimi tanınırdı. Sonradan səyyah Garðar Svavarossonun gəlişi ilə “Garðarın adası” ifadəsi işlədildi. Lakin Viking Flóki Vilgerðarsonun səyahəti faciəvi nəticələnib: səfər zamanı qızı həlak olub, gətirdiyi heyvanlar aclıqdan tələf olub. Ümidsizliyə qapılan Flóki dağa qalxaraq dəniz sahilində buz parçaları görüb və əraziyə “Iceland” – “Buz Ölkəsi” adını verib. Halbuki gördüyü buzların çoxu Grönlanddan sürüklənib gəlib. Bununla belə, “İslandiya” adı artıq tarixdə möhkəmlənib.
İqlim dəyişmələri və nəticələri
Tarixi mənbələr göstərir ki, eramızın 800–1300-cü illəri arasında Qrenlandiya bu günə nisbətən daha isti olub. O dövrdə əkinçilik və heyvandarlıqla məşğul olmaq mümkün olub. Lakin XIV əsrdə temperatur enməyə başlayıb, buzlaqlar genişlənib, kənd təsərrüfatı imkanları məhdudlaşıb. Nəticədə norveçli məskunlar koloniyalarını tərk etməyə məcbur olublar.
Hazırda Qrenlandiya təxminən 80 faizi buzla örtülüdür. Bununla belə, cənub-qərbində məhdud da olsa əkinçilik üçün yararlı torpaqlar qalmaqdadır. İslandiyada isə Qolf axınının təsiri ilə dəniz suları daha isti qalır, yay ayları yaşıl və canlanan təbiətlə müşayiət olunur.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
