Bu gün:

iPhone 17 Pro almaq üçün hansı ölkədə və neçə gün işləmək lazımdır?


Apple’ın yeni amiral gəmisinə çevrilən iPhone 17 Pro texnologiya dünyasında böyük həyəcan doğurur. Ancaq cihazın qiyməti mübahisəli mövzular arasında yer tutur. Türkiyə daxil olmaqla bir çox ölkədə iPhone qiyməti alım gücünə görə olduqca yüksəkdir. Bəs müxtəlif ölkələrdə insanlar iPhone 17 Pro almaq üçün neçə gün işləmək lazımdır?

Ölkələr üzrə iPhone 17 Pro üçün iş günləri

Hindistan: Ortalama bir işçi iPhone 17 Pro əldə etmək üçün təxminən 160 gün çalışmalıdır. Bu, ölkədə alım gücünə görə telefon qiymətinin çox yüksək olduğunu göstərir.

Türkiyə: Türkiyədə bir işçi bu cihazı almaq üçün təxminən 148 gün işləməlidir. Buna görə də iPhone orada daha çox lüks məhsul kimi qəbul edilir.

Filippin: Filippində bir nəfər iPhone 17 Pro almaq üçün orta hesabla 101 gün işləyir. Bu müddət Hindistan və Türkiyə ilə müqayisədə daha qısadır, amma yenə də kifayət qədər uzundur.

Vyetnam: Vyetnamda işçilər cihazı almaq üçün təxminən 99 gün çalışır. Asiya ölkələri arasında bu müddət daha aşağıdır.

ABŞ: Amerikalılar ortalama yalnız 4 gün işləyərək iPhone 17 Pro ala bilir.

İsveçrə: Siyahının başında İsveçrə dayanır. Burada bir işçi yalnız 3 gün işləməklə iPhone sahibi ola bilir. Bu, İsveçrənin yüksək alım gücünü sübut edir.

Dünyada “iPhone”un statusu

Bəzi ölkələrdə iPhone daha çox status göstəricisi kimi qəbul edilir. ABŞ və İsveçrədə isə alım gücü yüksək olduğu üçün cihaz adi texnologiya məhsulu kimi görülür. Hindistan və Türkiyə kimi ölkələrdə isə iPhone hələ də böyük sərmayə sayılır.

Xüsusilə gənclər arasında iPhone sahibi olmaq sosial prestij baxımından önəmli hesab edilir. Bu səbəbdən qiymət yüksək olsa da, tələbat güclü olaraq qalır.

iPhone 17 Pro texnologiyası və dizaynı ilə önə çıxa bilir. Amma qiyməti səbəbindən bir çox ölkədə əlçatan deyil. İsveçrədə üç gün işləyən şəxs cihazı rahatlıqla əldə edərkən, Türkiyədə bu müddət təxminən beş ay davam edir. Bu vəziyyət dünyada gəlir bərabərsizliyini və alım gücü fərqini açıq şəkildə ortaya qoyur.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et