Bu gün:

Siciliya aristokratlarının sirrli dünyası


“The Leopard” əsəri 1958-ci ildə Giuseppe Tomasi di Lampedusa tərəfindən yazılıb və Siciliya aristokratiyasının Risorgimento dövründəki hekayəsini izah edir.

Əsərin əsas qəhrəmanı Prins Fabrizio aristokratların sosial dəyişikliklər qarşısında statuslarını qorumaq üçün taktikalar qurur və öz qohumu Tancredi-nin yeni zəngin Angelica ilə evlənməsini təşkil edir. Kitab həm aristokratiyanı, həm də cəmiyyətin bütün təbəqələrini tənqid edir və sosial-siyasi həqiqətləri ortaya qoyur. Nəşr olunanda həm sağ, həm də sol tərəf onu tənqid etmişdi: sağçılar Kilsəyə və aristokratlara sərt yanaşmasını bəyənməyib, solçular isə işçi sinfi pozitiv göstərmədiyi üçün narazı qalıb.

Əsər nəşrindən sonra bestseller olub və Lampedusa ölümündən sonra Strega mükafatına layiq görülüb. 1963-cü ildə Luchino Visconti filmi çəkib, burada Burt Lancaster prins Fabrizionu canlandırıb və film əsərin aristokratik tənqidi və bədii zənginliyini qoruyub. Hazırda Netflix əsəri serial formatında yenidən çəkib və göstərir ki, əsərin sosial və siyasi mesajları müasir dövrdə də aktualdır. Kitabın məşhur sözü “If we want things to stay as they are, things will have to change” dəyişmənin gərək olduğunu, amma əsas status-kvonun qorunacağını ifadə edir.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova 


Paylaş
Şərh əlavə et